Tərtərdə partlayış - Gənc oğlan yandı
08.09.2015 03:24 Sosreaksiya 1965

Tərtər rayonunda 1 nəfərin ağır yaralanması ilə nəticələnən partlayış baş verib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Qasımlı Alim Akif oğlu ağır yanıq xəsarətləri ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə Tərtər şəhərinin Həzi Aslanov küçəsində qeydə alınıb. 23 yaşlı gənc əlində siqaret bir qabdan digərinə benzin tökərkən qəflətən partlayış baş verib. Hadisədən ilk olaraq yaralının anası xəbər tutub.
Zərərçəkən dərhal Tərtər şəhər xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Şərhlər