Saakaşvilinin radikal dəyişiklikləri

11.06.2015 13:44     Sosreaksiya     1925

 

 

Keçən ay Poroşenko tərəfindən Odessaya qubernator təyin olunmuş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili yeni vəzifəsində radikal dəyişikliklər edəcəyini bildirib.

Ukraynada keçən ay vətəndaşlıq verilən və Odessa qubernatoru vəzifəsinə seçilən keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili şəhərdəki işləri çərçivəsində ilk olaraq Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini Giorgi Lordkipanidzeni Odessa Polis idarəsinin rəisi vəzifəsinə təyin edib.

Saakaşvili, Ukrayna Dövlət Başçısı Pyotr Poroşenko tərəfindən vali təyin olunduqdan sonra  şəhərdə görəcəyi işlərlə bağlı mətbuat konfransı keçirib.

Lordkipanidzenin ölkə xaricindən "idxal edəcəyi tək rəsmi" olacağını dilə gətirən Saakaşvili, bu məsələ ilə bağlı Pyotr Poroşenko və Daxili İşlər naziri Arsen Avakov ilə müşavirələr keçirdiyini söyləyib. Saakaşvili, həmçinin ABŞ-da təhsil alan ukraynalı Yuliya Maruşevskaya və hüquqşünas Aleksandr Boroviki özünə köməkçi təyin etdiyini də bildirib.

Lordkipanidzenin təyini ilə yayın sonuna kimi Odessa polis təşkilatında köklü dəyişikliklər aparılacağını qeyd edən Saakaşvili əvvəlcə korrupsiya və rüşvətlə mübarizə aparacaqlarını xüsusi ilə vurğulayıb.

Şərhlər

Çox oxunanlar