Qubada ağır qəza - 3 nəfər ölüb

08.09.2015 04:27     Sosreaksiya     2184

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan 2 nəfər, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu həmçinin, 1979-cu il təvəllüdlü Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə vəfat edib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil verib. Əməliyyat saat 22:45-də başa çatıb.

Şərhlər