Təyyarə qəzaya uğradı, ölənlər var

08.09.2015 06:03     Sosreaksiya     1688

ABŞ-ın Şimali Karolina ştatında Beechcraft A36 yüngül motorlu təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident Kernersvill şəhəri yaxınlığında qeydə alınıb.

Florida ştatından havaya qalxan təyyarə Şimali Karolinada yerə enməli imiş.

Qeyd olunur ki, qəzadan bir neçə dəqiqə əvvəl təyyarənin pilotu aviadispetçerlə əlaqə yaratmağa çalışıb.

Qəzanın başvermə səbəbləri hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. 

Şərhlər