Ağır yol qəzası - 20 nəfər xəsarət aldı
08.09.2015 11:48 Sosreaksiya 2178

Türkiyənin şərqində Elazığ vilayətində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, sərnişin daşıyan mikroavtobusun əyləcinin işləməməsi səbəbindən avtobus yoldan çıxaraq uçuruma yuvarlanıb.
Hadisə yerinə gələn təcili yardım maşınları yaralıları çıxararaq xəstəxanalara çatdırıblar. Yaralıların hamısı Türkiyə vətəndaşlarıdır.
Şərhlər