FTB mesajları nəzarətə götürmək istəyir

08.09.2015 12:21     Sosreaksiya     1794

“Google”, “Apple” və “Microsoft” şirkətləri dəfələrlə öz müştərilərinin yazışmalarını ABŞ hakimiyyətinə verməkdən imtina ediblər.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu transmilli şirkətlərin imtina etdiyi dövlət qurumları arasında ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) da olub.

“The New York Times” qəzetinin yazdığına görə, son aylarda bu qurumlar mütəmadi olaraq müvafiq tələblə bu IT nəhənglərinə müraciət ediblər. Qəzetin yazdığına görə, bu cür son qalmaqal yayda baş verib.

Onda Ədliyyə Nazirliyi “Apple”dən tələb edib ki, narkotik və silah ticarəti üzrə istintaq obyekti olan şübhəlilərin “iPhone” vasitəsi ilə bir-birlərinə yolladıqları ismarışları təqdim etsin. Şirkət “iMessage” vasitəsi ilə göndərilmiş ismarışların açılmasının qeyri-mümkünlüyünü əsas gətirərək sorğuya rədd cavabı verib.

Hüquq-mühafizə orqanlarının bir neçə həqiqi və keçmiş əməkdaşı “The New York Times” qəzetinə bildirib ki, Ədliyyə Nazirliyi və FTB şirkəti məhkəməyə vermək üçün müraciət ediblər. Bu təşəbbüs gerçəkləşdirilməyib. Hazırda Ədliyyə Nazirliyi “Microsoft”dan elektron yazışmaları almağa çalışır.

Şərhlər