AVCİYA seçkilərlə bağlı hesabatını açıqladı

08.09.2015 15:16     Sosreaksiya     2065

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair aralıq hesabatını təqdim edib.

Reaksiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 8-də təqdimat zamanı AVCİYA-nın seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı hesabatın bu ilin mayın 1-dən sentyabrın 1-nə qədər olan dövrü əhatə etdiyini deyib. Bildirib ki, hesabat seçkiqabağı siyasi mühit, Milli Məclisə seçkilərlə bağlı AVCİYA tərəfindən aparılan sosioloji sorğuların və KİV-in monitorinqinin nəticələri, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti və digər bölmələri əhatə edir.

Assosiasiyanın apardığı monitorinq onu deməyə əsas verir ki, parlament seçkiləri ərəfəsində ölkədəki əlverişli ictimai-siyasi mühit, siyasi təşkilatlar arasında keçirilən dialoq, vətəndaş cəmiyyəti institutlarının əvvəlki illərdən fərqli olaraq daha da inkişaf etməsi, söz və mətbuat azadlığı sahəsində vəziyyətin beynəlxalq standartlara uyğun olması şəffaf, demokratik seçkilərin keçirilməsi üçün əlverişli zəmin yaradır.

AVCİYA-nın seçki qərargahının sədri təşkilatın seçkilərlə bağlı görəcəyi işlərdən də söz açıb.

Qeyd edib ki, müşahidəçilər üçün kitabçalar çap olunacaq, regionlarda seçki fəallığının artırılmasına dair seminarlar keçiriləcək və digər işlər görüləcək.

Şərhlər