Nazir xidmət rəisini işdən çıxartdı
08.09.2015 16:08 Sosreaksiya 1842

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova vəzifəsindən azad edilib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib.
Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib.
Şərhlər