Namizədliyi irəli sürülənlərin sayı açıqlandı

08.09.2015 16:24     Sosreaksiya     2010

Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 259 nəfər müraciət edib.

Reaksiya.az Trend-ə istinadən xəbər  verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

İclasda Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək siyasi blok və partiyaların səlahiyyətli nümayəndələri qeydə alınıb.

“Azadlıq-2015” siyasi partiyalar blokundan 57 nəfər parlament seçkiləri üzrə və 6 nəfər maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə, Azərbaycan Demokratik İslahatlar Partiyasından (ADİP) 15 səlahiyyətli nümayəndə, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 7 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Sosial Rifah Partiyasından 4 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, Müsavat Partiyasından 38 nəfər səlahiyyətli nümayəndə, Vətəndaş Həmrəyliyi Pariyasından (VHP) 10 nəfər səlahiyyətli nümayəndə, Azərbaycan Demokrat Partiyasından (ADP) 18 nəfər səlahiyyətli nümayəndə, 1 nəfər isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

MSK üzvləri Komissiyanın 2 sentyabr və 4 sentyabr tarixli iclaslarının protokollarını da yekdilliklə təsdiq ediblər.

Şərhlər

Çox oxunanlar