Bakıda avstriyalı idmançılar qəzaya düşdü - 3 nəfər xəstəxanadadır
11.06.2015 14:43 Sosreaksiya 1939

Reaksiya.Az-ın Bakı 2015 Avropa Oyunlarının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda qəza baş verib.
Hadisə nəticəsində xəsarət alan 3 avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir.
"Hal-hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik. Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək", - deyə məlumatda bildirilir.
Şərhlər