Mürəbbə qazanına düşən azyaşlı öldü
08.09.2015 16:39 Sosreaksiya 2224

Sentyabr ayının 1-i Tovuzun Dondar Quşçu kəndində bişməkdə olan mürəbbə qazanına düşərək yanan uşaq dünyasını dəyişib.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü Zəhra Sərxan qızı Abdıyeva Bakıda aparıldığı Respublika Yanıq Mərkəzində vəfat edib. Hazırda azyaşlının meyiti yaşadığı kəndə gətirilib.
Zəhra Abdıyeva sentyabrın 1-də anasının səhlənkarlığı üzündən həyətdə bişməkdə olan mürəbbə qazanına düşmüş, dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da bədəninin 50 faizindən çoxu yandığı üçün paytaxta göndərilmişdi.
Şərhlər