Məşhur aviaşirkətin pilotları tətil edir

09.09.2015 05:42     Sosreaksiya     1658

Almaniyanın tanınmış aviaşirkəti "Lufthansa"nın pilotları çərşənbə axşamı və çərşənbə günü tətil edəcəklər. 

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu qərarı "Cockpit" (pilot kabinəsi) həmkarlar ittifaqı qəbul edib.

Çərşənbə axşamı bütün Almaniya üzrə yarım mindən çox 84 qitələrarası reys ləğv edilib.

Pilot kabinəsi bu gün aksiyanın miqyasını daha da böyütməyi planlaşdırır. "Cockpit" bütün üzvlərini həftənin 3-cü günündən etibarən işi dayandırmağa çağırır. Tətil aksiyası həm uzunmüddətli, həm də qısa müddətli reyslərə şamil olunacaq.

"Keçmişdə biz bu üsulun "addımbaaddım" tərəfdarı idik, deyə "Cockpit"in nümayəndəsi danışıb. "Biz indi də bu üsulun tərəfdarıyıq. Əgər "Lufthansa" heç cür bu olanlara reaksiya verməsə, gələcəkdə başqa variantlar mümkün olacaq. Biz hələ ki, qısamüddətli prespektivlər mümkün olacaq",-deyə "Cockpit"in üzvləri bildirib.

Müşahidəçilərin sözlərinə görə, bu yarım il ərzində artıq 13-cü tətil dalğasıdır. "Lufthansa" rəhbərliyi danışıqlar aparmaqdan imtina edir.

"Son günlər ərzində biz bütün baxılan məsələlər haqqında bir sıra təkliflər irəli sürdük. Həmkarlar ittifaqı bizə cavabı verməli idi, amma bunun yerinə onlar tətilə başladılar və əvvəlcə qitələrarası reysləri ləğv etdilər, ardınca kiçik və orta məsafələrə uçuşları ləğv etdillər. Bizi növbəti mərhələdə gözləyir?", - deyə şirkət rəhbərliyi bildirib.

"Cockpit" mövcud olan tarif razılaşmalarını dəyişdirməyi tələb edir və bundan savayı rəhbərliyin pensiya yaşını 61 yaşa qaldırmasının əlehinə çıxır. Əvvəlki qanunla pilotların pensiya yaşı 59 yaşdır.

Şərhlər