"Apple" bu gün nələri təqdim edəcək?

09.09.2015 09:18     Sosreaksiya     2078

Texnologiya nəhəngi "Apple" bu gün Bakı vaxtı ilə saat 22:00-da tarixinin ən böyük tədbirini keçirəcək. Bəs bu tədbirdə şirkət hansı yeni məhsullarını təqdim edəcək? Şirkət bu günə kimi bu sualın cavabını ictimaiyyətdən gizlədib.

Reaksiya.az ehtimal olunan və  qeyri-rəsmi mənbələrin verdiyi xəbərə görə bu gün təqdim olunacaq məhsulları təqdim edir.

Bir neçə məşhur media orqanı bu gün "İphone 6S" və "İphone 6S+" modellərinin təqdim olunacağını qeyd edir.

Həmçinin "İOS 9" əməliyyat sisteminin də bu gün təqdim olunacağı deyilir.

Şirkət tərəfindən istehsal olunan ağıllı "Watch" saatlarının da yeni əməliyyat sistemi ilə tanış olmaq mümkün olacaq.

Keçən həftə "Samsung" şirkətinin yeni tabletini təqdim etməsinə bu gün "Apple" tərəfindən "İpad pro" ilə qarşılıq veriləcəyi gözlənilir.

Həmçinin şirkət bu gün " Apple music" funksiyasını da aktivləşdirəcək. Beləliklə Android əməliyyat sistemi ilə də bu xidmətdən yararlanmaq mümkün olacaqdır.

Son olaraq isə yeni bir "Apple tv"nin istifadəyə veriləcəyi səsləndirilən fikirlər arasında yer alır.

Şərhlər