Sabiq idarə rəisi dünyasını dəyişdi

09.09.2015 10:38     Sosreaksiya     2437

Azərbaycan Müdafiə Nazirliyinin (MN) İşlər İdarəsinin sabiq rəisi, polkovnik Azad Əsədov dünyasını dəyişib. 

A.Əsədov 59 yaşında vəfat edib.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, Polkovnik Bakıdakı qəbiristanlıqlardan birində torpağa tapşırılıb. Dəfn mərasimində MN-in nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Qeyd edək ki, A.Əsədov 1956-cı il yanvarın 2-də Lənkəran rayonunda anadan olub. O, MN-in İşlər İdarəsinin rəisi vəzifəsinə 2013-cü ildə təyin edilmişdi. Polkovnik xəstəliyi ilə əlaqədar bu il öz xahişi ilə vəzifəsindən azad edilib.

Allah rəhmət eləsin!

Şərhlər

Çox oxunanlar