Maskalılar ofisə hücum etdi - 50 min dollar apardı

09.09.2015 11:03     Sosreaksiya     2086

Məşhur “Gök-nur” şirkətinin Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən kabel zavoduna basqın olub.

Reaksiya.az “Report”a istinadən xəbər verir ki, bu barədə Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, naməlum maskalı şəxslər gecə zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyib. Daha sonra maskalılar zavodun ofisindən içərisində 50 min ABŞ dolları olan seyfi aparıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər