Müdafiə Nazirliyi Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verdi
09.09.2015 12:00 Sosreaksiya 1948

Azərbaycan Müdafiə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətini məhkəməyə verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, nazirlik icra hakimiyyəti tərəfindən verilən sərəncamın, orderin, qeydiyyat vəsiqəsinin etibarsız sayılması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib.
Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan nazirlik apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin vətəndaş Əhmədova Gülbəniz Arif qızı adlı şəxsə qarşı verdiyi apellyasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib.
Şərhlər