“Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yarandı

09.09.2015 13:05     Sosreaksiya     1914

Sentyabrın 9-da səhər saatlarından etibarən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, sıxlığa Gürcüstan tərəfdə yerləşən gömrük keçid məntəqəsində yaranan texniki nasazlıq səbəb olub. Buna görə də səhər saatlarından etibarən, avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində müəyyən problemlər yaranıb.

Gürcüstan tərəfində artıq problem aradan qaldırılıb və gömrük keçid məntəqəsinin fəaliyyəti bərpa edilib.

Şərhlər