Xalq artisti ilə vida mərasimi başlandı

09.09.2015 14:33     Sosreaksiya     1919

Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Habil Əliyevlə vida mərasimi keçirilir.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, mərasimdə baş nazirin müavini, xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Habil Əliyev avqustun 8-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Şərhlər