İŞİD-ə qatılmaq istəyən 12 nəfər yaxalandı

09.09.2015 14:52     Sosreaksiya     2045

Türkiyənin Kilis şəhərinin Elbeyli rayonunda İŞİD-ə qatılmaq  üçün Suriyaya keçməyə çalışdıqları iddia edilən 4-ü Türk olmaqla 12 şəxs saxlanılıb.

Reaksiya.az xəbər verir ki, Vilayət Jandarm Komandanlığı tərəfindən həyata keçirilən əməliyyatda Elbeyli rayonunun Çıldıroba kənd sərhəd xəttində Türkiyədən Suriyaya qeyri-qanuni yollarla keçmək istəyən və terror təşkilatı İŞİD-ə qatılacaqları iddia edilən 4-ü Türk olmaqla 8-i əcnəbi əsilli 12 nəfər yaxalanıb.

Onlar ifadələri alındıqdan sonra ədliyyəyə aparılıb.

Şərhlər