"İphone 6S" və "İphone 6S+" təqdim olundu

10.09.2015 01:44     Sosreaksiya     2065

Xəbər verdiyimiz kimi "Apple" şirkəti bu axşam yeni modellərini təqdim edib. Reaksiya.az-ın məlumatına görə çıxış edən şirkət rəhbəri Tim Kuk bu modellər haqda məlumat verib. Kuk bildirib ki, yeni modellər dizayn olaraq "İphone 6"dan fərqlənmir, lakin xüsusiyyətlərinə görə xeyli yeniliklərə sahibdir. Belə ki, yeni modellər "3D Touch" sistemi ilə təchiz olunub. Həmçinin yeni modelin arxa kamerası 12, ön kamerası isə 5 meqapiksel gücə malikdir. "Touch ID" funksiyası barmaq izinin daha tez oxunmasını təmin edəcək. Ağ, qara, qızılı və çəhrayı rənglərdə istehsal olunan modellər sentyabrın 12-də satışa çıxacaq. "İOS 9" əməliyyat sistemi isə sentyabrın 16-da təqdim olunacaq. 

"Apple"in bu dəfə təklif etdiyi ən cəlb edici xüsusiyyət isə hər ay 32 dollar ödəməklə hər il çıxan yeni model "iphone"lara sahib ola bilməkdir. Belə ki, siz hər ay bu məbləği ödəməklə bir ilin sonunda yeni modeli pulsuz əldə edə bilərsiniz.

Şərhlər