Türkiyədə polisə növbəti hücum - Ölən və yaralanan var
10.09.2015 02:09 Sosreaksiya 1784

Türkiyədə növbəti terror hadisəsi baş verib.
Reaksiya.az yerli mediaya istinadən xəbər verir ki, PKK terror təşkilatının üzvləri Türkiyənin Tüncəli şəhərində polis postuna silahlı hücum edib.
Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 nəfər dinc sakin olmaqla daha 3 nəfər yaralanıb.
Qeyd olunur ki, terrorçular hücum zamanı qumbaraatan və uzunlüləli silahlardan istifadə ediblər.
Şərhlər