Lənkəranda hərbçilər qəzaya düşdü - 1 ölü, 1 yaralı

10.09.2015 05:19     Sosreaksiya     1847

Gecə saat 00 radələrində Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
 
"Opel Astra" markalı "99 HC 226" dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Xaçmaz rayon sakini, Xətai rayonunun Günəşli qəsəbəsində Şıxlinski, 59, mənzil 24-də qeydiyyatda olan sürücü Məmmədli Ramin Qiyaməddin oğlu idarəetməni itirərək yoldan çıxıb. Zərbənin gücündən sürücü maşından kənara düşüb. Nəqliyyat vasitəsinin ağaca çırpıldıqdan sonra sürücünün üzərinə aşdığı bildirilir.
 
Hadisə zamanı avtomaşında daha bir nəfər müxtəlif bədən xəsarətləri alıb. Dünyasını dəyişən şəxsin "N" saylı hərbi hissənin giziri olduğu və yaralının da həmin hərbi hissədə xidmət etdiyi söylənilir.
 
Faktla bağlı toplanmış materiallar araşdırılması üçün Hərbi Prokurorluğa təhvil verilib.

Şərhlər