Bakıda maskalı dəstə tutuldu
10.09.2015 11:19 Sosreaksiya 2017

Şüvəlanda vətəndaşa məxsus bağ evinə basqın edən şəxslər yaxalanıb.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki , sentyabrın 9-da saat 04:20 radələrində maskalı şəxslər Şüvəlan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimova məxsus bağ evinə daxil olaraq vətəndaşa qarşı zor tətbiq ediblər.
Xəzər rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulublar.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər