Azərbaycan həbsxanasında ölüm
10.09.2015 14:12 Sosreaksiya 2027

Azərbaycanda Cəzaçəkmə Müəssisəsində qətl hadisəsi baş verib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə baş verib.
Nəticədə Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Şərhlər