Binanın damından meyit tapıldı
10.09.2015 14:57 Sosreaksiya 1902

Bakıda binanın damından kişi meyiti tapılıb.
Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Abşeron şəhərində 1 nəfərin yaşadığı binanın damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. FHN əməkdaşları hadisə yerini və vəziyyəti qiymətləndirərkən, 1950-ci il təvəllüdlü Vaqif Məmməd oğlu Hüseynovun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.
Xilasedicilər binanın damından Vaqif Hüseynovun cəsədini aşağı endirib və ekspertiza üçün Abşeron rayon prokurorluğu əməkdaşlarına təhvil veriblər.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər