Rövnəq Abdullayevin yeni müavinləri təyin edildi
10.09.2015 16:51 Sosreaksiya 2282

Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib.
Reaksiya.az Trend-ə istinadən məlumat verir ki, federasiyanın yeni vitse-prezidentləri “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib.
Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elman Babayev isə federasiyanın baş katibi təyin edilib.
Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev bildirib ki, məqsəd Azərbaycan cüdosundakı mövcud problemləri tezliklə aradan qaldırmaq, yaxşı nəticələr əldə etməkdir.
Şərhlər