Toyda kütləvi dava - 3 nəfər yaralandı

11.09.2015 01:46     Sosreaksiya     1874

Reaksiya.az-ın məlumatına görə, hadisə sentyabrın 10-da axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında yaranmış mübahisə davaya çevrilib. Nəticədə davanın iştirakçılarından 3 nəfər – şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Hazırda onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülür.

Təhlükəsizliyin təmin olunması məqsədilə əraziyə polis qüvvələri cəlb olunub.

Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıb.

Şərhlər