Bu gün bəzi rayonlarda qaz olmayacaq

11.09.2015 06:00     Sosreaksiya     1755

Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Bu gün Azərbaycanın bəzi rayonlarında qazın verilməsində məhdudiyyət olacaq. 

SOCAR mətbuat mərkəzindən verilən məlumata görə, “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Puta” və Siyəzən magistral qaz kəmərləri sahəsinin “Şurabad” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Qaradağ rayonunun Korgöz və Qızıldaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Qazın verilməsində yaranacaq məhdudiyyət bu gün saat 10:00-dan 18:00-dək olacaq.

Şərhlər