Ermənilərin hərbi maşını partladı, 6 nəfər həlak oldu

11.09.2015 10:46     Sosreaksiya     2289

Dağlıq Qarabağda ermənilərin hərbi maşınları minaya düşərək partlayıb.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində sürücü və düşmənin 5 hərbçisi həlak olub. Hadisənin Ermənistan-Azərbaycan sərhəddində, cəbhəyanı ərazidə baş verdiyi bildirilir.

Qeyd edək ki, hadisə 9 sentyabrda baş versə də, Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışıb. Amma jurnalistlərin yaydığı məlumatdan sonra qondarma “Dağlıq Qarabağ” rejimi faktı dana bilməyib.

Şərhlər