Daxili İşlər Nazirliyi səyyar aksiya keçirir

11.06.2015 17:10     Sosreaksiya     2362

Şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir

Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin paytaxtında, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Reaksiya.Az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan belə tədbirlər Xəzər Rayon Polis İdarəsi, Beyləqan, Şuşa, Yardımlı, Sabirabad, Samux Rayon Polis şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə həmin rayonlarda da baş tutub.

Bu tədbirlər zamanı ümumilikdə 3356 nəfərə, o cümlədən Beyləqan rayonunda 353 nəfərə, respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmış Şuşa rayonundan olan 263 məcburi köçkünə, Yardımlıda 155 rayon sakininə, Sabirabadda 408 nəfərə, Samux rayonunda 981 nəfərə, Füzulidə isə 861 nəfər rayon sakininə yeni şəxsiyyət vəsiqələri verilib.

Bundan əlavə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş səyyar xidmətlər zamanı 335 nəfərin müvafiq sənədləri də qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Şərhlər

Çox oxunanlar