"Hazırda evdə müalicə alıram" - Zəlimxan Yaqub

11.09.2015 14:31     Sosreaksiya     2181

Xalq şairi Zəlimxan Yaqub hazırda evdə müalicə edilir.

Bu haqda onun özü Reaksiya.az-a məlumat verib.

Zəlimxan Yaqub xəstəxanadan dünən çıxdığını və səhhətinin yaxşı olduğunu bildirib.

Xalq şairi bir saat, bir saniyə belə sözsüz durmadığını da söyləyib və əlavə edib ki, “Ədəbiyyat” qəzetində iki qoşa səhifə həcmində onun yaradıcılığı haqda məqalə dərc edilib. 

Şərhlər