Hava soyuyacaq

11.09.2015 14:29     Sosreaksiya     1862

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 25-28° isti,Bakıda gecə 20-22° , gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə sentyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sentyabrın 13-14-də meteoroloji amillərin normalıq sutkalıq gedişi müsbət amil olsa da, bəzi saatlarda havada rütubətliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Şərhlər