İbrahim Məmmədov AzTV-dən çıxarıldı

11.09.2015 15:18     Sosreaksiya     4911

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov Televiziyada sədr müavini vəzifəsində çalışan İbrahim Məmmədovu bu gün işdən çıxarıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat AzTV-dən verilib.

Məlumatı dəqiqləşdirmək üçün AzTV sədrinin köməkçisi Fərman Orucovla əlaqə saxladıq. O, İbrahim Məmmədovun rəsmən işdən çıxarılması xəbərini təsdiq etmədi: "Sədr müavininin işdən uzaqlaşdırılması haqda mütləq ölkə başçısının sərəncamı olmalıdır. Hələlik isə belə sərəncam yoxdur". 

Qeyd edək ki, İbrahim Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.

Şərhlər