Hacı İbrahimdən 3 milyard dollarlıq müqavilə
11.09.2015 17:31 Sosreaksiya 2855

“Avesta” Konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalayıb.
Bu haqda Reaksiya.az-a Hacı İbrahim Nehrəmlinin özü məlumat verib.
Onun sözlərinə görə, Çin şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq: “Sonrakı illərdə isə digər adalara da investisiya qoyulacaq”.
Şərhlər