Məkkədə faciə - 100-dən çox ölü-YENİLƏNİB-2 - VİDEO

12.09.2015 03:38     Sosreaksiya     3914

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.

Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var. 

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.

Son məlumatlara görə hadisə nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb, 184 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir.  

***

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.

APA-nın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir. 

 

Şərhlər