Ağdamda yanğın - Tələfat var

12.09.2015 05:36     Sosreaksiya     1698

Ağdam rayonunun Baharlı kəndində tələfatla nəticələnən yanğın hadisəsi başverib.

Reaksiya.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, rayon mərkəzindən 9 km aralıda yerləşən kənd ərazisində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyünün yanar konstruksiyaları yanıb. 

Yanğın zamanı tövlədə olan 2 iribuynuzlu heyvanın biri tüstüdən boğularaq tələf olub, digəri isə yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaxınlıqdakı ot bağlamaları yanğından mühafizə olunub. Yanğın saat 01:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər