XİN Məkkə olayı ilə bağlı araşdırma aparır
12.09.2015 10:22 Sosreaksiya 2101

"Məkkədə baş vermiş hadisədə zərər çəkənlər arasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması Səudiyyə Ərəbistanındakı səfirliyimiz tərəfindən araşdırılır”.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hikmәt Hacıyev deyib. O bildirib ki, səfirlik məsələ ilə bağlı Səudiyyə Ərəbistanının dövlət qurumları ilə əlaqə saxlayır.
Qeyd edәk ki, sentyabrın 11-də Kəbədə qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Nәticәdә çoxlu sayda insan ölüb. Son məlumata görə, ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xəsarət alıb. Faciə “Məscidül-Həram” məscidinin genişləndirilməsi işləri zamanı baş verib.
Şərhlər