İlk dərs gününə olan - Hava proqnozu

12.09.2015 13:39     Sosreaksiya     1935

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sentyabrın 15-də - Bilik günü gözlənilən ilkin hava proqnozunu açıqlayıb.

Reaksiya.az  Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən xəbər verir ki, həmin gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Gündüz saatlarında havanın temperaturu 26-30 dərəcə isti olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayır.

Şərhlər