“Sən qalib gələcəksən”

12.09.2015 13:54     Sosreaksiya     2590

Beyləqan Qarnizonunda hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirildi

Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən təlim komanda-qərargah hərb oyunlarında təlim döyüş tapşırıqları üzrə fəaliyyət göstərən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Bu məqsədlə Beyləqan Qarnizonunda hərbi ideoloji qərargahlar, psixoloji yardım və bərpa məntəqələri açılıb, eləcə də, yerli mədəniyyət evi kollektivinin iştirakı ilə “Sən qalib gələcəksən” devizi altında hərbi vətənpərvərlik mövzusunda təbdirlər keçirilib.

Reaksiya.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mərasimlər əvvəlcə təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılmış gənclər qarşısında, sonra isə çöl şəraitində bilavasitə cəmləşmə rayonlarında və mövqelərdə təşkil olunaraq şəxsi heyyətə döyüş əzmi aşılayan bədii kompozisiyalar nümayiş etdirilməsi ilə davam edib.

Yerli hakimiyyət nümayəndələrindən Xocavənd rayon İcra Hakimiyyətinin başcısı Eyvaz Hüseynov, keçmiş Beyləqan taborunun komandiri Akif Həsənov və digər qarabağ müharibəsi veteranları şəxsi heyət qarşısında çıxış edərək onları qələbəyə səsləyiblər.

Tədbirlər hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şərhlər