Bakıda ev yandı - Ölən var

12.09.2015 14:12     Sosreaksiya     2468

Bakı şəhərində ev yanıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində qeydə alınıb.

Bu rayonda yaşayan Anastasiya Kuznetsovanın evində baş verən yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A. Kuznetsovanın tüstüdən boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər