ADAU-dan növbəti yenilik

12.09.2015 14:42     Sosreaksiya     2854

Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakülətisi üçün yeni tədris korpusu istifadəyə verilib.

Reaksiya.az xəbər verir ki, yeni istifadəyə verilən tədris korpusundakı auditoriyalar müasir avadanlıqlarla təchiz olunub, dünya standartları səviyyəsinə cavab verəcək formada  qurulub.

Açılış mərasimində iştirak edən universitetin rektoru professor İbrahim Cəfərov bildirib ki, Aqrar Universitet Azərbaycan təhsil məkanında xüsusi yerə malikdir və daim yeniliklərə can atır, bunlara da nail olur: “Aqrar İqtisadiyyat fakültəsində əlavə korpusun istifadəsi də yeniliklərdən biridir. Daha bir yenilik isə keyfiyyətli kadr hazırlığını və şəfaflığı təmin etmək məqsədilə universitetin bütün strukturlarında əmək haqqlarının 30 manatdan-100 manatadək artırılmasıdır. Ən yüksək standartlara cavab verən yeni korpusda hamının istifadə edə biləcəyi sürətli internet şəbəkəsi quraşdırılıb. Bütün auditoriyalar və inzibati iş yerləri kompüterlə təmin olunub. Hər bir auditoriyada müasir proyektorlar quraşdırılıb”.

Xatırladaq ki, yeni korpusun konfrans zalında tədris ilinin ilk Elmi Şurası keçirilib. Tədris ilinə hazırlıq, universitet və fakültə elmi şura üzvlərinin say tərkibinin müəyyənləşdirilməsi, struktur dəyişikliyi,  həmiçinin cari məsələlər müzakirə edilib.

Şərhlər