Deputatlığa namizədlərin sayı 498-ə çatdı

12.09.2015 15:02     Sosreaksiya     1840

Bu günə qədər Milli Məclis üzvlüyünə 498 nəfərin namizədliyi irəli sürülüb.

Reaksiya.az  APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi  Seçki  Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb.

Beləliklə, hazırda Milli Məclisə seçkilərdə 1 yerə 4 nəfər iddialıdır. 254 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 13 nəfərin namizədliyi isə “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülüb. 286 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub, onlara imza vərəqələri verilib.

M. Pənahov qeyd edib ki, bu günə qədər seçkiləri müşahidə etmək üçün 74 müşahidəçi MSK-da qeydiyyatdan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfər isə QHT-lərin təşəbbüsü ilə qeydiyyatdan keçənlərdir.

 

Şərhlər