Tikintidə faciə: - 42 yaşlı kişi öldü

12.09.2015 16:33     Sosreaksiya     2294

Bərdənin Güloğlular kəndində ev tikən ustaları gətirən avtomobilin sürücüsü marağının qurbanı olub.

Reaksiya.az ANS PRESS-ə Istinadən xəbər verir ki,  sürücü fəhlələrlə birgə tikintidəki beton piltənin üzərinə çıxan zaman uçqun baş verib. Yerə yıxılan 42 yaşlı Azad Kərimovun üzərinə mişar daşları tökülüb. Başından ağır xəsarət alan, Azad Kərimovu hadisə yerində olanlar Bərdə MRX-na çatdırıb. Həkimlərin səylərinə baxmayaraq 1 saat sonra o, dünyasını dəyişib.

Əslən Yevlaxın Xaldan qəsəbəsindən olan Azad Kərimovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Bərdə rayon şöbəsinə aparılıb.Meyit müayinə olunaraq yaxınlarına təhvil verilib. Hazırda baş verimiş faktla bağlı araşdırma aparılır.

Şərhlər