Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarıldı
12.09.2015 17:07 Sosreaksiya 1829

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.
Reasiya.az AFFA-nın saytına istinadən məlumat verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərinin qiyməti:
1-ci kateqoriya – 4 AZN
2-ci kateqoriya – 2 AZN
3-cü kateqoriya – 1 AZN
VİP – 50 AZN
Şərhlər