"Türküstan"qəzetinin nəşrə başlamasından 9 il ötür

11.06.2015 19:28     Sosreaksiya     1555

Bu gün "Türküstan" qəzetinin nəşrə başlamasından 9 il ötür. "Türküstan"qəzetinin ilk sayı 2006-ci ilin 11 iyununda işıq üzü görüb. O vaxtdan davamlı olaraq həftədə bir dəfə “Adımız məfkurəmizdir” şüarı ilə köşklərə çıxır.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Reaksiya.az-a bildirib ki, qəzet milli mətbuat ənənələrinin, maarifçilik missiyasının davam etdirilməsini, milli maraqların müdafiəsini hər zaman fəaliyyətində əsas prinsiplər olaraq qəbul edib: “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan diasporunun təşkilatlanması və güclənməsi, Türk ölkələri arasında inteqrasiya, Güney Azərbaycan məsələsi, Bütöv Azərbaycan idealı, ölkəmizdə xaricdən yönləndirilməyə çalışılan etnik bölücülük və dini ekstremizm kimi meyllərə qarşı mübarizə qəzetimizin əsasını xəttini təşkil edir”.

“Türküstan” qəzeti Azərbaycan Respublikasının Prezidenti yanın KİVDF-nin  maliyyə yardımı ayırdığı qəzetlər sırasındadır. Baş redaktor bildirir ki, qəzet kommersiya məqsədli olmadığı üçün KİVDF-dən alınan yardım, həmçinin satışından əldə edilən maliyyə vəsaiti “Türküstan”ın normal fəaliyyəti üçün yetərli deyil: “Türküstan” özünəməxsus oxucu çevrəsi ola bir qəzetdir. Ətrafında milli düşüncəli aydınları, gəncləri birləşdirən qəzetimiz, öz fəaliyyətində maarifləndirmə işini başlıca funksiyası hesab edir. 140 yaşlı Azərbaycan mətbuatının təməl prinsipi də elə budur.  Ona görə də, ümid edirik ki, “Türküstan” qəzetinin bu spesifik fəaliyyəti, media ilə bağlı müvafiq dövlət qurumları və ictimai institutlar tərəfindən nəzərə alınacaq”.

Şərhlər