Azərbaycanlılarla ermənilər arasında kütləvi dava - Ölənlər var

14.09.2015 14:00     Sosreaksiya     2358

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, qeyd olunur ki, sentyabrın 13-də Volqoqradda yerləşən "Bariton" karaoke-barında müştərilər arasında mübahisə düşüb. Nəticədə bar sahibinin oğlu ov tüfəngindən açdığı atəş nəticəsində bir nəfəri yaralayıb. 

Yaralının dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu xəstəxanaya aparıblar. Lakin yolda onların arasında mübahisə davam edib. Belə ki, yaralını daşıyan avtomobilə arxadan gələn 4 avtomobildən atəş açılıb. Dostları yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən bar sahibinin 34 yaşlı oğlunu saxlayıblar. 

Şərhlər