Ermənilər qırılır

14.09.2015 15:50     Sosreaksiya     2076

Ermənistanda kütləvi zəhərlənmə qeydə alınıb.

Reaksiya.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Ermənistanın Şirak vilayətinin Dzitankov kəndində baş verib. Nəticədə azı 28 sakin mədə-bağırsaq infeksiyasına yoluxub.

Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyanın sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb.

İnfeksiya təkcə Dzitankov kəndində deyil, eyni zamanda, Araqatsotn vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb.

Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə, Araqatsotn vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən, Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb.

Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.

Şərhlər