Səhiyyə Nazirliyi müraciət etdi

15.09.2015 12:18     Sosreaksiya     1968

Səhiyyə Nazirliyi 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş və nazirlikdə qeydiyyatdan keçmiş şəxslərə müraciət edib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər 30 sentyabr 2015-ci il tarixinədək ali əsas tibb təhsili haqqında diplom, tərcümeyi-hal, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası (mövcud olduğu halda), dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda), soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd və 2 ədəd 3 x 4 ölçüdə fotoşəkili təqdim etməli, əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.

Klinik bazalarda rezidentura hazırlığı 1 oktyabr 2015-ci il tarixindən başlanır.

Şərhlər