Bəzi bölgələrdə leysan yağacaq

15.09.2015 12:53     Sosreaksiya     1867

Bakıda havanın maksimal temperaturu 29 dərəcə isti olacaq, rayonlarda isə leysan yağacaq.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sentyabrın 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 26-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da şimşək çaxacağı, fasiələrlə yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

 

Şərhlər