Qayda pozan valideynlər üçün tövsiyə - FOTOLAR

15.09.2015 13:07     Sosreaksiya     1925

Səhər saatlarında 07:30-dan 09:00-a kimi Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-nin əməkdaşları orta məktəblərin qarşısında yolu keçməkdə çətinlik çəkən məktəblilərə yardım edərək, piyada keçidindən istifadə etməyən valideynlərə və məktəblilərə yaxınlaşaraq qarşıdakı yerüstü keçiddən istifadə etməyi tövsiyə ediblər.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Tələsdikləri üçün qayda pozan valideynlərə həm övladlarının həyatlarını təhlükəyə atması, həm də yolda qəza vəziyyətini yaratdıqları üçün məsuliyyətli olmaq, qaydalara əməl etmək tövsiyə olunub.

Növbəti həftədən isə, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən məktəblilər üçün hazırlanmış yol hərəkəti və ictimai nəqliyyatdan istifadə qaydaları olan broşürlər paylanacaq.

Qeyd edək ki, bu maarifləndirici aksiyalar tədris ilinin sonunadək davam edəcək.

Şərhlər